Azərbaycanda yanvarda yükdaşıma və sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb
İnfrastruktur
- 09 fevral, 2015
- 08:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda 2014-cü ilin dekabrına nisbətən həm yükdaşıma tarifləri, həm də sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3%, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7% və 32,6% ucuzlaşma müşahidə olunub.
Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik olmayıb.
Qeyd edək ki, yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6% ucuzlaşıb.
Son xəbərlər
16:33
Video
Qərbi Azərbaycanın yaddaş yerləri - Böyük Məzrə kəndi
Daxili siyasət
16:31
Çin XİN başçısı Azərbaycana səfər edəcək
Xarici siyasət
16:29
Foto
Bakının Azadlıq prospektində daha bir mikromobillik zolağı təşkil olunub
İnfrastruktur
16:28
Almaniyada ultrasağçıların uğuru – IV Reyxin dirilməsi cəhdləri
Analitika
16:27
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Analitika
16:25
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları açıqlanıb
Biznes
16:22
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Futbol
16:21
Kamboca Azərbaycan investorlarına 12 ilə qədər müddətə vergi güzəştləri təklif edib
Biznes
16:16
Foto
Azərbaycan Çində keçirilən üzümçülük və şərabçılıq konqresində iştirak edir
ASK