Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sahəsi açıqlanıb

İnfrastruktur
  • 24 noyabr, 2018
  • 14:31
Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sahəsi açıqlanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin sahəsi açıqlanıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 10 ayında ölkədə 1 684,4 minkvadratmetrlik yaşayış evləri istifadəyə verilib.

Bu, ötən ilin müvafiq dövrünə nisbətən 20,4% çoxdur.

Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitin 955 milyon manatı (8,3 faizi) ümumi sahəsi yaşayış evlərinin tikintisinə sərf olunub.