Azərbaycanda I rübdə nəqliyyat dəhlizlərində yükdaşımaların həcmi açıqlanıb

İnfrastruktur
  • 15 may, 2026
  • 16:06
Azərbaycanda I rübdə nəqliyyat dəhlizlərində yükdaşımaların həcmi açıqlanıb

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 705,2 min ton yük daşınıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər veror.

Məlumata görə, yük həcmi Şərq-Qərb nəqliyyat dəhlizində 3 milyon 863,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 1 milyon 853,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizində 2 milyon 265,2 min ton, Şimal-Qərb nəqliyyat dəhlizində 1 milyon 265,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizində isə 109,9 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 44,3 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 48,8 %-ni, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 89,4 %-ni tranzit yüklər təşkil edib.