Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Hindistanın “Marine Container Services” şirkətinin direktoru ilə görüşüb

İnfrastruktur
  • 19 oktyabr, 2018
  • 14:04
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Hindistanın “Marine Container Services” şirkətinin direktoru ilə görüşüb

Bakı.19 oktyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) sədri Rauf Vəliyevlə Hindistanın “Marine Container Services” Pvt Ltd şirkətinintəsisçisi və direktoru, kapitan Somesh Batra arasında görüş keçirilib. 

Bubarədə “Report”a Gəmiçilikdən bildirilib. 

Məlumata görə, görüşdə R.Vəliyev rəhbərliketdiyi şirkətlə bağlı qonağa ətraflı məlumat verib. O bildirib ki, bu günlərdə AXDG-nin 160 illik yubileyi qeyd olunacaq. 3 əsrlik təcrübəyə malik şirkət hazırda müasir dövrün tələblərinə uyğunfəaliyyətini davam etdirir, dəniz nəqliyyatı sahəsində mövqeyini gündən-günəgücləndirir.

Sədr xüsusi olaraqvurğulayıb ki, Xəzərdə yeganə bərə operatoru olan AXDG donanmalarınmüxtəlifliyinə və funksionallığına görə də seçilir. Unikal gəmiçilik şirkətkimi  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC həm yükdaşımalarda fəal roloynayır, həm də neft-qaz layihələrində müxtəlif növ gəmi xidməti göstərir.

AXDG rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələrdəndanışıb. O, qeyd edib ki, ölkə başçısı gəmiçiliyin inkişafını da daim diqqətmərkəzində saxlayır.

Gəmiçiliyin rəhbəri TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutunun uğurlu fəaliyyəti və əhəmiyyəti haqqında daqonağa məlumat verib. Bildirib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə daxil olan tərəflərin vahidkomanda kimi fəaliyyəti artıq bəhrəsini verir.

Öz növbəsində Somesh Batratəmsil etdiyi şirkətin fəaliyyətindən danışıb. Bildirib ki, “Marine ContainerServices” uzun illərdir fəaliyyət göstərir. Şirkət təcrübəli və peşəkar komandailə bərabər güclü Çin, İtaliya, Sinqapur, Dubay və s kimi ölkələrdə güclütərəfdaşlara malikdir. Reallaşdırdıqları layihələr haqqında məlumat verənşirkət nümayəndəsi AXDG ilə də əməkdaşlığa  hazır olduqlarını deyib.

Görüşdə ikitərəfliəməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.