Azərbaycan və Niderland birbaşa uçuşların perspektivini müzakirə ediblər

İnfrastruktur
  • 27 oktyabr, 2026
  • 15:35
Azərbaycan və Niderland birbaşa uçuşların perspektivini müzakirə ediblər

Azərbaycan və Niderland arasında birbaşa uçuşların perspektivləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib.

Müzakirələr sədrin Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq ilə görüşündə baş tutub.

"Belə bir marşrutun yaradılması iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafı, eləcə də işgüzar səfərlərin asanlaşması üçün yeni imkanlar aça bilər",-deyə o qeyd edib.

S. Rzayev görüşdə həmçinin aviaparkın və marşrut şəbəkəsinin genişləndirilməsi planları ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

44 filmi