Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb
İnfrastruktur
- 14 avqust, 2024
- 10:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Dəmir Yolları" QSC "Gürcüstan Dəmir Yolları" SC ilə birlikdə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.
"Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək", - deyə sədr əlavə edib.
Son xəbərlər
16:31
Çin XİN başçısı Azərbaycana səfər edəcək
Xarici siyasət
16:29
Foto
Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
İnfrastruktur
16:28
Almaniyada ultrasağçıların uğuru – IV Reyxin dirilməsi cəhdləri
Analitika
16:27
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Analitika
16:25
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları açıqlanıb
Biznes
16:22
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Futbol
16:21
Kamboca Azərbaycan investorlarına 12 ilə qədər müddətə vergi güzəştləri təklif edib
Biznes
16:16
Foto
Azərbaycan Çində keçirilən üzümçülük və şərabçılıq konqresində iştirak edir
ASK
16:16
Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır
Fərdi