Aysiman Quliyeva: Könüllülük dünyanı bir tavan altında birləşdirəcək ən güclü vasitələrdən biridir
- 19 may, 2026
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Könüllülük bütün dünyanı bir tavan altında birləşdirə bilən ən güclü vasitələrdən biridir.
"Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ASAN könüllüləri təşkilatının sədri Aysiman Quliyeva jurnalistlərə açıqlamasında deyib.
O, WUF13 çərçivəsində keçirilən "Şəhərləşmədə ASAN modeli: ictimai xidmətlərin və könüllülüyün rolu" adlı yan tədbir barədə məlumat verib:
"Tədbir ASAN Könüllüləri Təşkilatı tərəfindən könüllülük fəaliyyətinin və ASAN könüllülərinin şəhərləşmə prosesində aktiv rolunu vurğulamaq məqsədilə təşkil olunub. Azərbaycanda şəhərləşmə prosesində ASAN könüllülərinin və ümumilikdə könüllülüyün rolu müzakirə edilib".
Onun sözlərinə görə, Azərbaycan gəncləri özünüinkişafa böyük əhəmiyyət verir, ölkənin ictimai həyatında və müxtəlif tədbirlərdə fəal iştirak edirlər:
"Könüllülük bütün dünyanı bir tavan altında birləşdirə biləcək ən təsirli vasitələrdən biridir. WUF13 çərçivəsində də gənclərin könüllülük fəaliyyətinə marağı göz önündədir və təqdirə layiqdir".