ASCO avtotexnika daşınmalarının həcmini 16 % artırıb

İnfrastruktur
  • 27 noyabr, 2026
  • 11:30
ASCO avtotexnika daşınmalarının həcmini 16 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 935 min 457 ton həcmində avtotexnika daşıyıb.

"Report" ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

2025-ci ilin 10 ayında bu göstərici 805 min 566 ton təşkil edib.

Hesabat dövründə gəmi-bərələrlə 35 min 975 ədəd avtotexnika daşınıb. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 32 min 59 ədəd olub. Beləliklə, avtotexnika daşımaları ədədlə ifadədə 12 % artıb.

"Bu ilin oktyabr ayında da ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarında artım tendensiyası müşahidə olunub. Ötən ay 97 900 ton avtotexnika daşınıb. Bu isə ötən ilin eyni ayının göstəricisindən (79 600 ton) 23 % çoxdur", - məlumatda qeyd olunub.