Azərbaycanda aqrar sahə ilə bağlı startapların sayı açıqlanıb
- 27 noyabr, 2026
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda indiyədək 400-dən çox aqrar startap təqdim olunub.
"Report" xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda bildirib.
Onun sözlərinə görə, bununla bağlı iştirakçıların sayı 1 000-dən çoxdur: "Aktiv aqrar startapların sayı 120-dən çox, kommersiyalaşdırılmış startapların sayı isə 20-yə yaxındır. Digər göstəricilərə görə, 10-dan çox müsabiqə, yarışma və hakaton keçirilib. Aqrar bizneslə bağlı festivallarda 60-dan çox iştirak qeydə alınıb. Həmçinin 7 butkamp təşkil olunub".
A.Cəfərov əlavə edib ki, startapçılar I Beynəlxalq İnvestisiya Forumunda və "Caspian Agro" sərgisində mütəmadi iştirak ediblər: "IV Aqrar Startaplar Forumu çərçivəsində bir sıra universitetlərlə birlikdə bu sahədəki innovativ yeniliklər nümayiş etdirilib. 2026-cı ildə də bu fəaliyyət davam etdirilib, nazirliyin rəhbərliyi ilə mütəmadi butkamplar təşkil olunub və aqrar sahənin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb".