Arzu Tağıyeva: Azərbaycanda şəhərlər üzrə statistikalar hesablanır
- 19 may, 2026
- 13:14
Azərbaycanda şəhərlər üzrə statistikalar hesablanır.
"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sektor müdiri Arzu Tağıyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı müzakirədən sonrakı sual-cavab hissəsində deyib.
O qeyd edib ki, həmin statistik göstəricilərə əsasən, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı iş aparılır:
"Burada nəqliyyat əlçatanlığı, xüsusi dayanıqlılıq kimi məqamlar mütləq şəkildə nəzərə alınır. Biz göstəricilərə əsasən, müxtəlifyönlü hesablamalar aparır, aidiyyəti qurumlardan götürdüyümüz dataları xəritələr üzərində tətbiq edirik. Əlbəttə, bütün bunlar əhali sıxlığının göstəricilərinə əsaslanır".
Sektor müdiri sözügedən statistik məlumatlarla bağlı BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq etdiklərini və bundan məmun olduqlarını da vurğulayıb.