Anar Quliyev: "Bakının yeni Baş planı paytaxtın bütün sərhədlərini əhatə edib"
- 16 yanvar, 2024
- 07:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının yeni Baş Planı paytaxtın bütün sərhədlərini əhatə edib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalna və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində sözügedən sənədin təqdimatında bildirib.
"Dekabrın 30-da Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair konseptual xarakterli planı təsdiq edilib. Bu, sayca Bakının 7-ci Baş planıdır, müstəqillik dövründə ilk dəfə hazırlanıb. Burada çox böyük və təfsilatlı iş görülüb.125 il bundan əvvəl ilk dəfə daha qısa müddət üçün baş planlar hazırlanıb. Onlar kiçik ərazini əhatə edib", - deyə o qeyd edib.
"Bakı böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Baş planın hazırlanması zamanı bütün dövlət qurumları və bir çox özəl qurumlar prosesdə iştirak edib. Bütün nazirliklərin təmsil olunduğu işçi qrup yaradılıb. Baş planın vacib hədəfləri var. Bakı insanlar üçün daha rahat şəhərə çevrilir. Lakin əvvəllər daha çox avtomobillər şəhərdə rol oynayırdı. Biz Vyananı, Dubayı müqayisə üçün götürdük. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özünüzə nümunəvi hədəf kimi götürdük”, - deyə sədr əlavə edib.