ADSEA və Macarıstan Su İdarəçiliyi Baş İdarəsi Anlaşma Memorandumu imzalayıb

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 12:53
ADSEA və Macarıstan Su İdarəçiliyi Baş İdarəsi Anlaşma Memorandumu imzalayıb

II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Macarıstan Su İdarəçiliyi Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənəd su ehtiyatlarının idarə olunması, daşqın və quraqlıq risklərinin azaldılması, həmçinin innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Memorandumu ADSEA-nın sədrinin birinci müavini Xəyyam Məmmədov və Macarıstan Su İdarəçiliyi Baş İdarəsinin Baş direktoru Istvan Lang imzalayıblar.

Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin icrası, təcrübə və məlumat mübadiləsi, eləcə də beynəlxalq təşəbbüslərdə qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək.

Rəsmi sənəd Azərbaycan və Macarıstan arasında su ehtiyatlarının davamlı idarə olunması üzrə əməkdaşlığın yeni mərhələsini simvolizə edir.