Adib Benbrahim: Müasir şəhərsalmada tarixi binaların ruhu qorunub saxlanılmalıdır
- 20 may, 2026
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir şəhərsalmada tarixi məhəllələrin və binaların ruhu qorunub saxlanılmalıdır.
"Report" xəbər verir ki, bunu Mərakeşin Mənzil üzrə Dövlət katibi Adib Benbrahim Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni İrsin və İnklüziv Şəhər Rejenerasiyasının Yenidən Düşünülməsi" adlı tədbirdə deyib.
Ekspert bildirib ki, müasir şəhərsalmada tarixi məhəllələrin və binaların ruhu qorunub saxlanılmalıdır.
"Əlbəttə, bəzən tarixi məhəllələrdə işsizliklə bağlı problemlərin də olduğunu görürük. Amma istənilən halda, biz mədəni irsin böyük ölçüdə mədəni kimlik və mədəni keçmiş olduğunu unutmamalıyıq".
A.Benbrahim Mərakeş təcrübəsinə diqqət çəkərək deyib ki, onlar tarixi bina və məhəllələrin heç bir halda tarixi keçmişinə və izinə xələl yetirmirlər:
"Biz bu kontekstdə bəlli planlama ilə hərəkət edirik. Hesab edirəm ki, Mərakeşin turistik ölkə kimi tanınmasında tarixi bina və məhəllələrə həssas yanaşma da vacib rol oynayır".