Altı mindən çox yaşayış binasıın daxili su təchizatı sistemi yenidən qurulub
- 07 fevral, 2022
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Binadaxili su təchizatı sistemlərinin "Azərsu" ASC-nin balansına verildiyi 2013-cü ildən bəri dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6 000-dən çox çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
"Sovet dövründə tikilmiş binaların əksəriyyətində daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir ki, istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur.
Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması gələcəkdə binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması, debitor borc yaranmamasına gətirib çıxaracaq", - deyə səhmdar cəmiyyəti bəyan edib.