Rusiyadakı vəziyyətə görə filləri Bakı Dövlət Sirkinə gətirmək alınmayıb

İncəsənət
  • 05 oktyabr, 2022
  • 12:42
Rusiyadakı vəziyyətə görə filləri Bakı Dövlət Sirkinə gətirmək alınmayıb
Allahverdi İsrafilov

"Bakı Dövlət Sirkinin builki proqramında dəyişiklik olub. "Fil və dostları" adlı proqramı şoudan çıxarılıb".

"Report" xəbər verir ki, bunu sirk ustası və təşkilatçı Allahverdi İsrafilov deyib.

O bildirib ki, Rusiya sərhədində olan vəziyyətlə əlaqədar fillərin Azərbaycana gətirilməsi mümkünsüz olub və bu səbəbdən filə aid hissə proqramdan çıxarılıb:

"Fillərin yerinə cigitlərin, atların ansamblı olacaq. Milli rəqslərimiz təqdim olunacaq".

44 filmi