Nizami Kino Mərkəzində Xocalı faciəsinə həsr edilən sənədli filmlər nümayiş etdiriləcək

İncəsənət
  • 24 fevral, 2016
  • 07:31
Nizami Kino Mərkəzində Xocalı faciəsinə həsr edilən sənədli filmlər nümayiş etdiriləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Xocalı faciəsinin ildönümü münasibətilə 3 sənədli filmin nümayişini keçirəcək.

Bu barədə "Report"a Nizami Kino Mərkəzinin mətbuat xidmətindən məlumat verib.

Fevralın 26-da Nizami Kino Mərkəzində təqdim ediləcək filmlər "Xocalının zamini", "İlk əsgər", və "Pəhləvan əsgər" sənədli filmləridir.

Hər 3 sənədli filmdə Qarabağ müharibəsi və Xocalı soyqırımından bəhs edilir.