"Luvr" muzeyində İslam incəsənəti bölməsi müvəqqəti bağlanıb

İncəsənət
  • 24 yanvar, 2018
  • 14:03
Luvr muzeyində İslam incəsənəti bölməsi müvəqqəti bağlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Fransanın ən məşhur muzeylərindən biri olan "Luvr" yanvarın 28-dək İslam incəsənəti kolleksiyasının olduğu zalları bağlayacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb Sena çayında suyun səviyyəsinin artmasıdır.

"Daşqınlardan qorunma planına uyğun olaraq, "Luvr" rəhbərliyi İslam incəsənəti bölməsinin aşağı hissəsini azı bazar gününə qədər bağlamaq qərarına gəlib", - muzeyin şərhində deyilir.

Muzeydən qeyd ediblər ki, həmçinin "Luvr"un yerləşdiyi sarayın qorunması üzrə tədbirlər görülür.

Xatırladaq ki, bu gün səhər Sena çayında suyun səviyyəsi 5,12 metr səviyyəsinə çatıb. Çayın məcrasından çıxması artıq naviqasiyanın dayandırılmasına və Parisdə bəzi metrostansiyaların bağlanmasına gətirib çıxarıb.

44 - Tezliklə