Gürcüstan teatrı Bakıya qastrola gəlir
İncəsənət
- 10 noyabr, 2014
- 09:26
Bakı. 10 noyabr. REPORT.AZ/ A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrı Bakıya qastrol səfərinə gələcək.
Səməd Vurğun adına Rus Dram Teatrının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, dekabrın 7-də teatrın səhnəsində Gürcüstan Teatrının kollektivi L.N.Tolstoyun "Xolstomer. Atların tarixçəsi" adlı əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru, Gürcüstanın Dövlət Mükafatı laureatı Avtandil Varsimaşvili, rəssamı, Gürcüstanın əməkdar rəssamı, Ş.Rustaveli mükafatı laureatı Mirian Şvelidze, bəstəkar Zaza Korintelidir.
Xolstomer rolunu aktyor Valeriy Xaryutçenko ifa edir.
Qeyd edək ki, aktyor bu rola görə, "Qızıl Vityaz" XI-ci Beynəlxalq Teatr Forumunda qızıl diplomla təltif edilib.
Son xəbərlər
15:15
Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb
Mədəniyyət15:14
Muxtar Babayev: "İqlim dəyişikliyi investisiya modellərini və iqtisadiyyatların strukturunu yenidən formalaşdırır"
İnfrastruktur15:12
Markus Reşford "Mançester Yunayted"in "Sabah"la oyunöncəsi açıq məşqində iştirak edib
Futbol15:07
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
Fərdi15:06
Dmitri Mariyasin: "Orta Dəhliz "yaşıl dəhliz" kimi inkişaf etdirilməlidir"
İnfrastruktur15:05
İsveçrədə SES-də partlayış baş verib: xəsarət alanlar var
Digər ölkələr15:02
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət siyasəti15:01
Azərbaycan və Ukrayna parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
Xarici siyasət14:56