Dmitri Mariyasin: "Orta Dəhliz "yaşıl dəhliz" kimi inkişaf etdirilməlidir"
- 09 sentyabr, 2026
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhliz "yaşıl dəhliz" kimi inkişaf etdirilməlidir.
"Report" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı Katibinin Müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 3-cü günündə bildirib.
Onun sözlərinə görə, gələcəyin mobilliyi yalnız avtomobil istehsalçılarının və yaxud mobillik şirkətlərinin problemi deyil: "Bu, getdikcə texnologiya icmasının da probleminə çevrilir. Gələcək üçün mobilliyi necə layihələndirəcəyimiz böyük ölçüdə İT sektorundan asılıdır. İT sektoru daha iqlimədavamlı olacaq və emissiyaların azaldılmasına töhfə verəcək rəqəmsal ekosistemlərin inkişafında böyük rola malikdir".
UNECE rəsmisi qeyd edib ki, Azərbaycan üçün isə aktual olan çox konkret nümunə var: "Bu, Orta Dəhlizin "yaşıl dəhliz" kimi inkişaf etdirilməsidir. Liman infrastrukturu layihələndirilərkən, multimodal terminalların quruluşunda iqlim amillərini öncədən nəzərə almaq imkanımız var. Bu, sadəcə "xoş bir əlavə" kimi deyil, rəqabətqabiliyyətliliyi və səmərəliliyi artırmaq, nəticədə isə bu prosesə töhfə verən şirkətlərin mənfəətini yaxşılaşdırmaq üçün edilməlidir".