Azərbaycanlı rejissorun Xəzərdəki ekoloji problemlərlə bağlı filmi İtaliyada mükafata layiq görülüb
- 13 oktyabr, 2025
- 14:46

Azərbaycanlı rejissor Suad Qaranın "Requiem for the Caspian" filmi "Pianeta Mare" Film Festivalında "Xüsusi Fərqlənmə" mükafatına layiq görülüb.
"Report"un məlumatına görə, Gənc Münsiflər Heyəti tərəfindən mükafata layiq görülən qısametrajlı film Xəzər dənizinin su səviyyəsinin sürətlə azalmasının nəticələrini poetik dillə tədqiq edir.
Azərbaycan, Böyük Britaniya və İtaliyanın birgə istehsalı olan ekran işi "Zeitgeist19" Fondu tərəfindən ərsəyə gətirilib.
Filmin rejissoru Suad Qara, ssenari müəllifləri Suad Qara və Almagül Menlibayeva, prodüseri Fərəh Piriyə Koen, bəstəkarı Eucenio Mazzetto, operatoru Alisa Tareliçeva, montaj rejissoru isə Rinat Bekçintayevdir.
Qeyd edək ki, "Pianeta Mare" Film Festivalı hər il İtaliyanın Neapol şəhərində keçirilir. Festival okean, su və ətraf mühitin davamlılığını araşdıran filmləri təqdim edir.