Azərbaycanın məşhur rəssamı ABŞ-da əməliyyat olunub - FOTO

İncəsənət
  • 27 iyul, 2015
  • 10:57
Azərbaycanın məşhur rəssamı ABŞ-da əməliyyat olunub - FOTO

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov əməliyyat olunub.

"Report" xəbər verir ki, əməkdar rəssam ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanalardan birində əməliyyat edilib.

İ.Məmmədovun əməliyyatdan sonrakı durumu yaxşıdır.

Hazırda rəssamın ailə üzvləri ABŞ-dadır.

Qeyd edək ki, İsmayıl Məmmədovun oğlu ABŞ-da yaşayır.

Xatırladaq ki, əməkdar rəssam İsmayıl Məmmədov 1948-ci ildə Bakıda doğulub.

1963-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 1968-ci ildə İlya Repin adına Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub.

Məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olub. 1996-cı ildə Akademik Milli Dram Teatrının quruluşçu rəssamı, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb.

İsmayıl Məmmədov Akademik Teatrda İ.Əfəndiyevin "Hökmdar və qızı" , B.Vahabzadənin "Özümüzü kəsən qılınc" (Göytürklər), "Dar ağacı", Ə.Əmirlinin "Köhnə ev", "Varlı qadın" və s., Musiqili Teatrda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalara səhnə tərtibatı verib.