"Avroviziya"da İsrailin müsabiqədən kənarlaşdırılması ilə bağlı səsvermə təxirə salınıb

İncəsənət
  • 14 oktyabr, 2025
  • 03:31
Avroviziyada İsrailin müsabiqədən kənarlaşdırılması ilə bağlı səsvermə təxirə salınıb

Yaxın Şərqdə atəşkəs fonunda Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il "Avroviziya" mahnı müsabiqəsindən kənarlaşdırılması ilə bağlı səsverməni təxirə salmaq qərarına gəlib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, səsvermə əvvəlcə noyabrda keçirilməli idi, lakin indi dekabr ayına təxirə salınıb.

"Avroviziya" mahnı müsabiqəsinin təşkilatçıları noyabr ayında Yaxın Şərqdə baş verən "son hadisələr" fonunda İsrailin iştirakına səs vermək üçün onlayn görüş keçirməyəcək", - hesabatda deyilir.

Nəşr onu da aydınlaşdırıb ki, bu məsələnin müzakirəsi Avropa Yayım İttifaqının İdarə Heyətinin növbəti Baş Assambleyasının keçirildiyi dekabr ayına qədər təxirə salınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti