"Starship"in 11-ci sınaq uçuşu uğurla başa çatıb

İKT
  • 14 oktyabr, 2025
  • 05:32
Starshipin 11-ci sınaq uçuşu uğurla başa çatıb

"SpaceX" şirkəti "Starship" kosmik gəmisi ilə birlikdə nəhəng "Super Heavy" raketinin 11-ci sınaq buraxılışı uğurla başa çatıb.

"Report" şirkətə istinadən xəbər verir ki, Texasdakı Starbase kosmodromundan yerli vaxtla saat 18:24-də (Bakı vaxtı ilə 03:24) kosmosa buraxılan "Starship"in uçuşu 1 saat 6 dəqiqə davam edib.

Sınaq buraxılışı zamanı gəmi yenidən "Starlink" rabitə peyklərinin səkkiz simulyatorunu yük bölməsindən buraxıb. Şirkət həmçinin Raptor mühərrikini yenidən işə salmağa və gəminin Yerə qayıtması zamanı etibarlılığının artırılmasına yönəlmiş təkmilləşdirmələri sınaqdan keçirməyə nail olub.

Uçuş zamanı eniş üçün mühərriklərin yeni konfiqurasiyası sınaqdan keçirilib. Eniş Meksika körfəzində baş tutub, yəni start meydançasına geri dönüş olmayıb. Dəqiq idarəetmə və yumşaq eniş üçün əvvəlcə 13 mühərrik işə salınıb, sonra onların sayı 5-ə, daha sonra isə 3-ə endirilib.

"Starlink" peyklərinin daşınması üçündür. "Starlink" peykləri aşağı Yer orbitində yerləşdirilmiş, internet üçün istifadə olunan zəncirvari peyklər dəstidir və şirkət gələcəkdə onların sayını 40 minə çatdırmağı planlayır.

Təkrar istifadə üçün hazırlanmış bu konstruksiya iki hissədən ibarətdir – "Starship" kosmik gəmisi və "Super Heavy" daşıyıcısı. Ümumi hündürlüyü 123 metr olan konstruksiya "SpaceX"in inkişafı tarixində ən hündür raketdir, "Super Heavy" daşıyıcısı NASA-nın Ay missiyaları üçün hazırladığı SLS raketindən iki dəfə güclüdür.

"Starship" Yer ətrafında orbitini tamamladıqdan sonra və Avstraliyanın şimal-qərb sahillərində Hind okeanına düşəcək. "Super Heavy" daşıyıcısı isə uçuş meydançasına qayıtmalı və tutucu qollar vasitəsilə tutulmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti