Amerikanın tanınmış komediya aktyoru vəfat edib

İncəsənət
  • 16 avqust, 2016
  • 05:26
Amerikanın tanınmış komediya aktyoru vəfat edib

Bakı. 16 avqust. REPORT.AZ/ Amerikanın tanınmış komediya aktyoru, "Emmi" mükafatının laureatı, yəhudilərin "İdiş" teatrının ulduzu Fayvuş (Filip) Finkel 93 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, aktyor Nyu-Yorkda dünyasını dəyişib.

Qeyd edək ki, Fayvuş Filip Finkel 1922-ci ildə Bruklində yəhudi emiqrantların ailəsində dünyaya gəlib. 10 yaşında olarkən yəhudilərin idiş dilində tamaşalar hazırlayan teatrında çıxış etməyə başlayıb. İdiş dili Şərqi Avropada yəhudilərin danışdıqları ünsiyyət vasitəsi olub. 1960-cı illərdə idiş dilində tamaşalar oynayan teatrların populyarlaşması ilə Fayvuş Filip Finkelin də məşhurluğu artır.

Aktyor 1965-ci ildən böyük səhnədə çıxış etməyə başlayıb.

Amerikada tanınmış teatr və kino aktyoru olan F.Finkel nüfuzlu "Emmi" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb. 

Aktyor ömrünün son illərində teleseriallarda çəkilib.