Yaxın günlərdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tam təqaüdlü tədris dalğasının qeydiyyatına başlayır

İKT
  • 31 oktyabr, 2025
  • 16:07
Yaxın günlərdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tam təqaüdlü tədris dalğasının qeydiyyatına başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və İsrailin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaxın günlərdə kibertəhlükəsizlik sahəsində yeni tam təqaüdlü tədris dalğası üçün qeydiyyata start verəcək.

Mərkəz ilk dəfə iştirakçılara unikal fürsət təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə təcrübə şansı qazanacaq.

Proqram rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli biliklər qazanmaq və gələcəyin peşəkarları sırasında yer almaq istəyən gənclər üçün nadir imkan yaradır. Təlimlər "Technion" Texnologiya İnstitutunun akademik heyəti tərəfindən aparılacaq və həm nəzəri bilikləri, həm də real mühitdə praktiki məşğələləri əhatə edəcək.

Qeydiyyat yaxın günlərdə başlayır - fürsəti qaçırmayın və rəqəmsal gələcəyin bir parçası olun!

Son xəbərlər

Bütün Xəbər Lenti