Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər
Milli Məclis
- 28 oktyabr, 2026
- 13:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan "Maraqlar toqquşması" haqqında yeni hazırlanmış qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, qurumlar hər il yanvarın 15-dək əvvəlki il ərzində qəbul edilmiş ianələrin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verməli olacaqlar.
Sənədə əsasən, ianə hesabına qurumun işçilərinə məvacib, mükafat, başqa formada ödəniş və ya hədiyyə verilməsi nəzərdə tutulmur.
Bundan başqa, qurumun ianə ediləcək fəaliyyət sahəsi üzrə çalışan işçilərinin ianə verən şəxslə münasibətlərin qurulmasında, danışıqlarda və müzakirələrdə iştirak etməməsi təklif olunur.
Son xəbərlər
07:44
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
Region
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr
06:54
"The Atlantic": Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
Digər ölkələr
06:28
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Digər ölkələr
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr