"X" sosial şəbəkəsi bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib

İKT
  • 03 noyabr, 2025
  • 17:48
X sosial şəbəkəsi bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib

Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 35,77 % (ötən ay 20,31 %, 1 il əvvəl 38,68 % olub) təşkil edib.

"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 15,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 2,91 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 4,37 faiz bəndi azalaraq, illik isə 7,86 faiz bəndi artaraq 28,33 % (32,7 % və 20,47 %) təşkil edib.

Növbəti yerdəki "YouTube"un bazar payı ay ərzində 7,19 faiz bəndi, il ərzində isə 9,43 faiz bəndi artaraq 20,49 % (13,3 % və 11,06 %) olub.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 0,67 faiz bəndi artaraq, illik müqayisədə isə 11,6 faiz bəndi azalaraq 7,76 % (7,09 % və 19,36 %) təşkil edib.

İlk beşliyi 5,24 %-lik (23,25 % və 5,51 %) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 18,01 faiz bəndi, illik müqayisədə isə 0,27 faiz bəndi azalıb. Beləliklə onun bazar payı ay ərzində 77 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti