Azərbaycanın minifutbol üzrə U-23 millisi BƏƏ-ni məğlub edib

Futbol
  • 14 oktyabr, 2026
  • 12:18
Azərbaycanın minifutbol üzrə U-23 millisi BƏƏ-ni məğlub edib

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib.

"Report" xəbər verir ki, yığma Mali Loşin şəhərində baş tutan görüşdə 4:2 hesablı qələbə qazanıb.

Millinin heyətində Mirmövsüm Canıyev (2), Cavid Rəhimov (16), Fərid Abbasov (18) və Kənan Məsimov (37) fərqləniblər.

Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib - 4:2.

Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.