Valerio De Molli: "Azərbaycan fiber-optik şəbəkələrin əhatə dairəsinə görə regionda liderdir"

İKT
  • 25 sentyabr, 2026
  • 12:13
Valerio De Molli: Azərbaycan fiber-optik şəbəkələrin əhatə dairəsinə görə regionda liderdir

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda süni intellekt sahəsində milli strategiya qəbul edən ilk dövlət olub.

"Report" xəbər verir ki, bunu "The European House - Ambrosetti"nin idarəedici tərəfdaşı və baş direktoru Valerio De Molli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.

O qeyd edib ki, respublika həmçinin məlumatların emalı mərkəzlərinin infrastrukturu və fiber-optik şəbəkələrin əhatə səviyyəsi baxımından da lider mövqeyini qoruyub saxlayır.

V.De Molli bildirib ki, ölkədə yüksəksürətli rabitə kanalları ilə təchiz edilmiş "Tier 3" səviyyəli iki məlumat emalı mərkəzi fəaliyyət göstərir.

44 - Tezliklə