"Samsung" son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 14 %-dən çoxunu itirib

İKT
  • 02 aprel, 2026
  • 14:08
Samsung son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 14 %-dən çoxunu itirib

Bu ilin mart ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 48,45 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 1,76 faiz bəndi azdır, 2025-ci ilin mart ayının göstərici ilə müqayisədə 5,85 faiz bəndi çoxdur.

Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 14,2 % təşkil edib).

İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 5,25 faiz bəndi, illik isə 7,56 faiz bəndi artaraq 28,52 % təşkil edib.

Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 1,38 faiz bəndi, illik isə 2,53 faiz bəndi artaraq 11,56 % təşkil edib.

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,5 faiz bəndi, illik isə 1,84 faiz bəndi azalaraq 5,66 % olub.

İlk beşliyi qapadan "Huawei"in bazar payı ay ərzində 0,14 faiz bəndi, illik müqayisədə isə 0,02 faiz bəndi azalaraq 1,52 % olub.