Saməddin Əsədov WTDC-25-in sədri seçilib
- 17 noyabr, 2025
- 09:46
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) sədri vəzifəsinə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov seçilib.
"Report"un məlumatına görə, qərar nümayəndə heyətlərinin başçılarının ilk plenar iclasında qəbul edilib.
Konfransın sədr müavini vəzifələrinə aşağıdakı şəxslər seçilib:
Rejina Flyor Assomou Bessu - Kot-d'İvuar
Said bin Qeleyta - Birləşmiş Ərəb Əmirlikləri
Kila Qulo-Vui - Papua-Yeni Qvineya
Fransisko Kasassiya - Paraqvay
Altınbek Toktorbayev - Qırğızıstan
İnqa Rimkyaviçene - Litva
Rəhbər komitə (Komitə 1) konfransın sədri və sədr müavinlərindən, eləcə də digər komitələrin rəhbərlərindən ibarətdir.
Komitə 2-nin (büdcə nəzarəti) sədri Sabolç Sentleyki (Macarıstan) olub, sədr müavinləri isə bunlardır:
Seynabu Sek Sisse - Seneqal
İssa Creysat - İordaniya
Syuy Min - Çin
Markus Varian - Kanada
Bəxtiyar Məmmədov - Azərbaycan
Dirk-Oliver fon der Emden - İsveçrə
Komitə 3-ün (məqsədlər) sədri Muath S. Əl-Rumayh (Səudiyyə Ərəbistanı) olub, sədr müavinləri isə:
Nora Abdalla - Sudan
Osama Abu Ezza - Liviya
Komitə 4-ün (ITU-D iş metodları) sədri Tupou Baravalla (Fici) olub, onun müavinləri isə:
Aman Vinyo Kapo - Toqo
Maita Əhməd Əl Camri - BƏƏ
Maria Myutel - Avstraliya
Roberto Hiraiama - Braziliya
Javohir Aripov - Özbəkistan
Rafal Bartoszevski - Polşa
Komitə 5-in (redaksiya komitəsi) sədri Mariya Xose Franko (Uruqvay) olub, onun müavinləri isə:
Mvanahamisi Suleymana - Tanzaniya
Zuhayr Munder Abdulkarim İbrahim - Küveyt
Fan Siçen - Çin
Konstantin Trofimov - Rusiya
Lea Rubine - Fransa
Plenar iclasın İşçi qrupunun (strateji plan və bəyannamənin hazırlanması üzrə) sədri Stella Erebor (Nigeriya) olub, onun müavinləri isə:
Etta Mozore - Qana
Abdulrahman Nasser Əlsavaidi - Bəhreyn
Saney Sayvonq - Tailand
Sahibə Həsənova - Azərbaycan
Karmen Mədalina Klapon - Rumıniya.