Saməddin Əsədov: "WTDC-25-ə 184 təşəbbüs daxil olub"

İKT
  • 17 noyabr, 2025
  • 13:47
Saməddin Əsədov: WTDC-25-ə 184 təşəbbüs daxil olub

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) Beynəlxalq Telekommunikasiya İttifaqına üzv dövlətlərdən 184 təşəbbüs daxil olub.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki həftə ərzində plenar görüşlərdə komitələrdə bu təşəbbüslər müzakirə olunacaq və tədbirin sonunda onlar təsdiqlənəcək: "Tədbirdə hazırda təxminən 2 500 qeydiyyat baş tutub. Qeyd edim ki, bu rəqəm artıq Beynəlxalq Telekommunikasiya İttifaqı üçün tarixi bir rekord sayılır. Həmçinin 60-dan çox nazir və nazir müavini səviyyəsində rəhbər şəxslərinin iştirakı təsdiqlənib".

O qeyd edib ki, tədbirin 2 həftəlik proqramı kifayət qədər geniş və maraqlıdır: "Tədbirin plenar iclaslarında müzakirə olunacaq məsələlər hazırda kifayət qədər aktual hesab olunur. İstər kibertəhlükəsizlik, istər süni intellektin inkişafı, süni intellektin etik istifadənin dəstəklənməsi, mobil və peyk rabitəsinin konvergensiyası, o cümlədən kiçik dövlətlər, kiçik ada dövlətləri, inkişaf etməkdə olan dövlətlərə, Beynəlxalq İKT cəmiyyətinin dəstəyini nəzərdə tutan müzakirələr olunacaqdır. Tədbir çərçivəsində növbəti dörd il üçün Beynəlxalq Telekomunikasiya İttifaqının dünya üzrə telekomunikasiyanın inkişafına dair proqramı, prioritetləri və istiqamətləri təsdiq olunacaq və həmçinin Bakı deklarasiyası ilə təsdiqlənəcəkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti