Rusiyanın qeyri-kommersiya təşkilatı Azərbaycanla əməkdaşlıq qurmaq istəyir

İKT
  • 28 fevral, 2022
  • 13:36
Rusiyanın qeyri-kommersiya təşkilatı Azərbaycanla əməkdaşlıq qurmaq istəyir

Rusiyanın "Sifrovaya ekonomika" qeyri-kommersiya təşkilatının Azərbaycanla əməkdaşlıq potensialına malik bir sıra layihələri mövcuddur.

Bu barədə “Report”a təşkilatın “Süni intellekt” istiqaməti və inkişaf üzrə direktoru Aleksey Sidoryuk məlumat verib.

“Bilirik ki, Azərbaycan kadr potensialının inkişafı üzrə maraqlıdır. Bizim əməkdaşlıq edə biləcəyimiz müvafiq layihələrimiz mövcuddur.

Məsələn, şirkət süni intellekt üzrə “Rəqəm dərsləri” keçirir. 1-4-cü, 5-7-ci və 7-11-ci siniflər üzrə müxtəlif çətinliklərdə keçirilən bu dərslərdə Rusiyada 3 milyondan çox şagird iştirak edib: “Bu baxımdan, ümid edirik ki, bu proqram Azərbaycanın rusdilli auditoriyasiyasına keçilə bilər”, - deyə o, qeyd edib. 

A.Sidoryukun sözlərinə görə, şirkətin hazırladığə tədris proqramı modeli üzrə də Azərbaycanla əməkdaşlıq imkanı mövcuddur.

"Azərbaycanla münasibətlər inkişaf mərhələsindədir. Belə ki, şirkət yalnız keçən ilin sonunda IV sənaye inqilabının mərkəzinə çevrilib", - deyə direktor əlavə edib. 

"Sifrovaya ekonomika" şirkəti 2019-cu ildə Rusiyada süni intellekt üzrə milli strategiyanı işləyib hazırlayıb və təsdiq edib. 2020-ci ildə federal layihənin icrasına başlanılıb, 2021-ci ildə isə uğurlu nəticələr əldə olunub: startaplar üçün dəstək tədbirləri, şagirdlər və tələblər üçün təlim proqramı və s. üçün tədbirlərin icrasına başlanılıb.