"Onlayn Azərbaycan" layihəsinin maliyyə mənbələri açıqlanıb

İKT
  • 10 mart, 2025
  • 13:41
Onlayn Azərbaycan layihəsinin maliyyə mənbələri açıqlanıb
Tural Pirverdiyev

"Onlayn Azərbaycan" layihəsi “Aztelekom” MMC-nin daxili resursları və cəlb edilmiş kreditlər hesabına ərsəyə gətirilib.

“Report” xəbər verir ki, bunu “Azercell Telecom” MMC-nin əməliyyatlar üzrə baş direktoru Tural Pirverdiyev “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbirində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, layihənin icrası zamanı digər ölkələrin də bençmarklarından istifadə edilib:

“Türkiyə, Rusiya və digər ölkələrdə bazar araşdırması etmişik. Layihə ümumilikdə bizim hədəflədiyimiz həcmdə optimal şəkildə icra edilib”.

O əlavə edib ki, “Onlayn Azərbaycan” layihəsi yalnız fiber-optik xətlərin çəkilməsindən ibarət olmayıb: “Amma bizim elə ərazilərimiz var ki, orada dirək basdırmaq mümkün deyil. Belə ərazilərimizdə əməkdaşlarımızın əzmkarlığı nəticəsində fiber-optik kabelllər çəkilib”.

Xatırladaq ki, Tural Pirverdiyev bundan əvvəl “Aztelekom” və “Bakı telefon Rabitəsi” MMC-nin Baş İcraçı Direktoru vəzifəsini icra edib və o, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC-nin gördüyü işlərə rəhbərlik edib.