Nazir: "Azərbaycanın İKT məhsulları ixracı potensialından geri qalır"

İKT
  • 29 sentyabr, 2025
  • 10:55
Nazir: Azərbaycanın İKT məhsulları ixracı potensialından geri qalır
Rəşad Nəbiyev

Azərbaycan İKT məhsullarının ixracı baxımından hazırda malik olduğu potensialdan geri qalır:

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, Azərbaycan universitetlərinin İKT sahəsi ilə bağlı məzunlarının keyfiyyəti ilə bazar tələbləri arasında böyük uyğunsuzluq var: "Düşünürük ki, buna təsir edən amillərdən biri bu sahə ilə bağlı kadrlarla əlaqədardır. Hər il Azərbaycan universitetlərini 2 000-dən çox İT mütəxəssisi bitirir. Əslində bu, bazarın tələb etdiyindən daha çoxdur".

R.Nəbiyev bildirilib ki, lakin əsas problem məzunların keyfiyyəti ilə bazar tələbləri arasında böyük uyğunsuzluğun olmasıdır: "Biz insan kapitalına demək olar ki, bütün səviyyələrdə intensiv şəkildə investisiya qoyuruq. Məktəblərdə rəqəmsal bacarıqlar proqramımızı genişləndiririk. Universitet proqramlarını bütün universitetlərdə yüksəldirik və eyni zamanda artıq bir çox şirkətlərlə əməkdaşlıqda işçi qüvvəsinin bacarıqlarını artırırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti