İRİA icra etdiyi layihələrin tətbiqlərinin ətraflı monitorinqini aparacaq
- 15 oktyabr, 2024
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) icra etdiyi layihələrin tətbiqlərinin ətraflı performans monitorinqi üçün “Tətbiqlərin Performans Monitorinqi (APM – Application Performance Monitoring)” sisteminin satın alınmasının ehtimal olunan qiyməti 529 min 584 manat təşkil edir.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, İRİA-nın elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 450 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər noyabrın 5-i saat 16:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.