İqtisadiyyat Nazirliyi Çağrı Mərkəzində süni zəkanın tətbiqinə hazırlaşır  

İKT
  • 29 oktyabr, 2024
  • 09:39
İqtisadiyyat Nazirliyi Çağrı Mərkəzində süni zəkanın tətbiqinə hazırlaşır  

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlərin satın alınmasının ehtimal olunan qiyməti 2 milyon 149 min 999 manat təşkil edir.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

Tender şərtlərinə görə, nitqin analitikası platformasının hazırlanması işlərinə, məlumatların öyrənilməsi və təhlil işlərinin aparılması, məlumat bazasının zənginləşdirilməsi və ilkin sınaqların aparılması, nitq analitik platformasının hazırlanması (lisenziya), operatorlar üçün lisenziya (50 ədəd), sistemin quraşdırılması, mövcud sistemlə inteqrasiya və layihə gedişatı zamanı proqramın yenilənmələri və baqların düzəldilməsi daxildir.

Bununla yanaşı, çatbot idarəetmə platformasının hazırlanması işlərinə isə layihə planı, bizness proseslərin təhlili hesabatı, məlumatların toplanması və mənbələrin kataloqlaşdırılması, məlumatın ilkin emalı, xüsusiləşmiş məlumat dəsti və model arxitekturasının dizaynı, Böyük Dİl Modelinin təlimi, Prototip Çatbotun yaradılması, mövcud sistemlə inteqrasiya, tətbiqdən sonra sifarişçinin tələbatını nəzərə alaraq yenilənmiş modelin hazırlanması, mobil tətbiqin hazırlanması və tətbiq prosedurlarının tərtib edilməsi və təlimlərin təşkili də daxildir.

Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 1000 manat iştirak haqqı ödəməlidirlər.

İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Təkliflər noyabrın 29-u saat 17:30-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.

44 filmi