Əfqanıstan “ASAN Xidmət” modelinin tətbiqini genişləndirəcək

İKT
  • 16 iyul, 2019
  • 07:04
Əfqanıstan “ASAN Xidmət” modelinin tətbiqini genişləndirəcək
Report

“Əfqanıstan hökuməti “ASAN Xidmət” modelini paytaxt Kabillə yanaşı, ölkənin 5 əyalətində də tətbiq etmək istəyir”.

Bunu “Report”a açıqlamasında Əfqanıstanın informasiya və kommunikasiya tenologiyaları nazirinin müavini Məhəmməd Hadi Hedayati deyib.

Onun sözlərinə görə, “ASAN Xidmət”in genişləndirilməsi bu ilə nəzərdə tutulub.