"Bakcell" cəbhə bölgəsində yaşayan abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib
İKT
- 04 aprel, 2016
- 11:35
Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru - “Bakcell” şirkəti cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) “Bakcell” abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.
Bununla yanaşı, “Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.
Son xəbərlər
15:15
Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb
Mədəniyyət15:14
Muxtar Babayev: "İqlim dəyişikliyi investisiya modellərini və iqtisadiyyatların strukturunu yenidən formalaşdırır"
İnfrastruktur15:12
Markus Reşford "Mançester Yunayted"in "Sabah"la oyunöncəsi açıq məşqində iştirak edib
Futbol15:07
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
Fərdi15:06
Dmitri Mariyasin: "Orta Dəhliz "yaşıl dəhliz" kimi inkişaf etdirilməlidir"
İnfrastruktur15:05
İsveçrədə SES-də partlayış baş verib: xəsarət alanlar var
Digər ölkələr15:02
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət siyasəti15:01
Azərbaycan və Ukrayna parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
Xarici siyasət14:56