Azərbaycanda elektron imzanın sayı 23 minə yaxın olub
İKT
- 09 sentyabr, 2014
- 04:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.9 sentyabr. REPORT.AZ / Azərbaycanda avqustun 31-nə qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 22 845 ədəd olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, statistik göstərici “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında əksini tapıb.
Dövlət qurumlarına 14 490 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2 956 ədədə çatıb. Vətəndaşlar isə 5 399 sertifikat əldə ediblər.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
Son xəbərlər
06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16
Şimali Koreya iki ballistik raket buraxıb
Digər ölkələr04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır
Digər ölkələr02:58