Azərbaycanla birgə layihələr Türkiyənin İT sektorunun həcmini 2 dəfə artıra bilər
- 11 fevral, 2026
- 11:28
Türkiyə Azərbaycan ilə həyata keçiriləcək layihələr hesabına informasiya texnologiyaları sektorunun həcminin artırılması yollarını araşdıracaq.
"Report" xəbər verir ki, bunu Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tonbalak Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.
Onun sözlərinə görə, əsas məqsəd rəqəmsal körpü qurmaq və vahid bir ekosistem yaratmaqdır: "Bunun səbəblərinə cavab verməyə çalışacağam. Hazırda Türkiyədə informasiya texnologiyaları sektoru ümumilikdə 33 milyard dollarlıq bir həcmi təmsil edir və bazarın 95 %-ni əhatə edir. Qarşıdakı dövrdə bu göstəricini Azərbaycanla birlikdə necə ikiqat artıra biləcəyimizin yollarını araşdıracağıq".