Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 8 %-ə yaxın artıb

İKT
  • 18 mart, 2025
  • 09:57
Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 8 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 854 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 535 manat, özəl sektorda isə 2 094 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorunda orta aylıq nominal əməkhaqqı 7,8 %, o cümlədən dövlət sektorunda 14 %, özəl sektorda isə 4,2 % artıb.

Fevralın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,7 % çoxdur.