Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Biznes
  • 01 oktyabr, 2026
  • 12:51
Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq – 2,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,3 % az) 3 min 662 ton (+0,9 %), Qazaxıstana 63 min ABŞ dolları dəyərində (+24 %) 126 ton (+21 %), Belarusa 62 min ABŞ dolları dəyərində (+3 dəfə) 41 ton (+58 %), Ukraynaya 28 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 19,5 ton (+2,4 dəfə), Gürcüstana 7,4 min ABŞ dolları dəyərində 15 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 8 min 726 ton armudun 94,5 %-i Rusiyanın payına düşüb.