Azərbaycanda mobil rabitə bazarı 3 % böyüyüb
- 14 avqust, 2026
- 14:16
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 742,1 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib.
Bu barədə "Report" Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 7 ay ərzində informasiya və rabitə müəssisələri ümumilikdə 2 milyard 378,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,4 % çox xidmət göstərib. Xidmətlərin 383 milyon manatını (16,1 %-ni) internet, 379,3 milyon manatını (16 %-ni) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 274,2 milyon manatını (11,5 %-ni) informasiya, 600 milyon manatını (25,2 %-ni) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 34,8 %, internet xidmətləri 22 %, informasiya xidmətləri 13,2 %, mobil telefon rabitəsi xidmətləri 2,9 %, digər informasiya və rabitə xidmətləri 4,9 % artıb.