Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-dən çox artıb

İKT
  • 15 avqust, 2025
  • 16:29
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 82,8 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,6 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73,1 %-i isə əhali sektoruna aid olub.

Təkcə iyulda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 321,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.