Azərbaycanda informasiya və rabitə xidmətlərindən gəlir artıb

İKT
  • 16 iyun, 2018
  • 11:17
Azərbaycanda informasiya və rabitə xidmətlərindən gəlir artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 715,9 mln. manatlıq xidmət göstərib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 72,1%-i əhali tərəfindən istehlak olunub. 

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,8%-i və ya 349,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.