Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 13 %-ə yaxın artıb

İKT
  • 17 avqust, 2026
  • 16:32
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 13 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 147 manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 908 manat, özəl sektorda isə 2 292 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,7 %, o cümlədən dövlət sektorunda 20,5 %, özəl sektorda isə 7,4 % artıb.

2026-cı il iyul ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.

44 - Tezliklə