Azərbaycanla Moldova arasında İT və innovasiyalar sahəsində danışıqlar aparılıb
- 16 dekabr, 2022
- 15:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Moldova arasında İT və innovasiyalar sahəsində danışıqlar aparılıb.
"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviterdə bildirib.
“Ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. “Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri haqqında danışdıq”, - nazir qeyd edib.
“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri haqqında danışdıq. pic.twitter.com/p8r3575BQ2
— Rashad Nabiyev (@RashadNNabiyev) December 16, 2022