Azərbaycan telekommunikasiya avadanlıqlarının alışı xərcini 10 %-dən çox azaldıb

İKT
  • 31 avqust, 2026
  • 15:31
Azərbaycan telekommunikasiya avadanlıqlarının alışı xərcini 10 %-dən çox azaldıb

2025-ci ildə Azərbaycana xarici ölkələrdən 992 milyon 128,3 min ABŞ dollarlıq İKT məhsulları idxal olunub.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilə nisbətən 10,2 % azdır.

Xaricdən alınan İKT məhsullarının 569 milyon 302,3 min ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % az) telekommunikasiya avadanlıqlarının, 235 milyon 715,8 min ABŞ dolları (16,6 % az) kompüter və periferiya avadanlıqlarının, 134 milyon 473,9 min ABŞ dolları (17,7 % az) elektron avadanlıqların, 52 milyon 636,3 min ABŞ dolları (0,64 % çox) digər məhsulların payına düşüb.

Ölkəyə idxal olunmuş İKT məhsullarının xaricdən alınmış bütün növ məhsulların dəyərində xüsusi çəkisi 4,1 % (1,1 faiz bəndi az) olub.

44 - Tezliklə