Azərbaycan Qazaxıstandan fiber-optik kabel idxalını bərpa edib  

İKT
  • 29 fevral, 2024
  • 11:07
Azərbaycan Qazaxıstandan fiber-optik kabel idxalını bərpa edib   

Ötən il Azərbaycan 27,97 milyon ABŞ dolları dəyərində 5 min 650 ton fiber-optik kabel idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 11,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 2 min 852 ton (+97 %), Türkiyədən 7,97 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 min 397 ton (+2,3 dəfə), Rusiyadan 5,4 milyon ABŞ dolları dəyərində (-32 %) 905 ton (-37 %), Belarusdan 2,55 milyon ABŞ dolları dəyərində (-7 %) 470 ton (-8 %), Amerika Birləşmiş Ştatlarından 145 min ABŞ dolları dəyərində (-27 %) 1,86 ton (+92 %) kabel alıb.

Azərbaycan 11 il 11 ayın tamamında Qazaxıstandan (66,1 min ABŞ dolları dəyərində 6 ton) tədarükü bərpa edib.